Toyda öldürülən İlkinin qatilinə cəzası bəlli oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağdaşda keçirilən toy mərasimi zamanı 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1970-ci il təvəllüdlü Qadir Məmmədov çıxarılıb.
Təqsiriləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisə toyun sonuna yaxın baş verib. Qadir Məmmədovun sözlərinə görə, İlkin onun oğlu Nadirlə dava edib, ailəsə qarşı təhqiramiz ifadələr işlədib. Dava zamanı oğlunun gözündən xəsarət aldığını görən Q.Məmmədov, baş verənlərə dözməyərək bıçağa əl atdığını bildirib. O, İlkin İsgəndərlini öldürmək niyyətində olmadığını deyib.
O da məlum olub ki, sonu bir insanın ölümü ilə nəticələnən dava mahnı sifarişinə görə başlayıb.
İlkin İsgəndərlinin hüquqi varisi mülki iddia da qaldırıb. O, iddia ərizəsində qeyd edib ki, yas mərasimlərinə ümumilikdə 69 350 manat xərc çəkilib. Bundan başqa, İlkin qətlə yetirilməsi nəticəsində onun 1 yaş 8 aylıq övladı atasız qalıb. Hüquqi varis 2041-ci ilədək, uşağın 18 yaşına çatmasına qədər qarşı tərəfdən hər il üçün 4800 manat tələb edib. Bundan başqa, İsgəndərlinin ailəsi 300 000 manat mənəvi təzminat da istəyib.
Məhkəmə qeyd olunan mülki iddianı qismən təmin edib. Məhkəmənin qənaətinə görə, hazırda cəmiyyətdə formalaşan baxışlar və yanaşmalara əsasən çox maddi xərc tələb edən mərasimlərin keçirilməsi və baş daşlarının qoyulması məqsədyönlü hesab edilmir. Bu baxımdan mərhumun yaxınları tərəfindən çox xərc tələb edən mərasimin keçirilməsinə və baş daşının qoyulmasına görə çəkilmiş xərclərin hamısının mülki cavabdehdən tutulması məqsədə müvafiq deyil. Buna görə də, məhkəmənin qərarına əsasən, cavabdeh qarşı tərəfə ailənin tələb etdiyi məbləğdə yox, cəmi 15 000 manat ödəməli olacaq.
İlkin İsgəndərlinin oğlunun yetkinlik yaşına çatanadək hər il cavabdehdən 4800 manat məbləğində pulun tutulmasına dair mülki iddia tələbinə gəlincə, məhkəmə belə qərara gəlib ki, uşaq anasının himayəsindədir və uşağın qanuni nümayəndəsi anası sayılır. Azyaşlı valideyinin himayəsində olduğu halda, onun digər yaxın qohumları, o cümlədən babaları və nənələri uşağın qanuni nümayəndələri hesab olunmurlar və onların belə bir iddia tələbi irəli sürmək üçün subyektiv hüquqları yoxdur.
Sonda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən Qadir Məmmədova hökm oxunub. Hökmə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
XƏBƏR LENTİ
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib





