Dünya

Gölün ortasına yeni bir şəhər inşa edəcəklər - FOTO

3 May 2026 08:08
Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beynəlxalq memarlıq vizuallaşdırma studiyası olan "Dyatlov Studio" İtaliyanın məşhur Komo gölü üzərində təbiətlə tam harmoniyada olan "görünməz" ada konsepsiyasını təqdim edib.

Milli.Az xəbər verir ki, hazırda yalnız rəqəmsal mühitdə mövcud olan bu layihə memarlıq strukturlarının təbiətə hakim olması deyil, onunla uyğunlaşması ideyasına əsaslanır.

Dizaynerlər gölün təbii və hidrogeoloji quruluşunu qorumaq üçün memarlığı minimal xətlərlə birləşdirərək, mənzərə içərisində "itən" bir struktur kurgulayıblar.

Bu dizayn göl üzərindəki ənənəvi tikinti anlayışına alternativ olaraq həm modern memarlığı, həm də təbiət dostu bir qarşılıqlı əlaqəni hədəfləyir.

Layihə ətraf mühitə əlavə yük yaratmadan həm səmimiyyət, həm də bir inziva (tənhalıq) sahəsi təklif edir.

Konsepsiya internetdə geniş maraqla qarşılanıb; bəzi insanlar bunu "dahiyanə yanaşma" kimi qiymətləndirsə də, digərləri göl üzərindəki hər hansı tikinti ehtimalına ehtiyatla yanaşırlar.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.