29 min şagird imtahan verdi: Telefonu görün necə gizlədib – İmtahandan çıxarıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.
DİM-dən Milli.Az-a bildirilib ki, ilkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı bir nəfərin ayaqqabısının altında gizlədilmiş mobil telefon aşkarlanıb. Qeyd olunan hal aktlaşdırılıb və araşdırma aparılacaq.
xxx
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirəcək. Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
DİM-dən Milli.Az-a bildirilib ki, imtahanda ümumilikdə 29 min 182 (Bakıda 20 min 580, Sumqayıtda 1156, Abşeronda 1189, Naxçıvanda 76, Gəncədə 1721, Şəmkirdə 91, Tovuzda 212, Mingəçevirdə 211, Yevlaxda 84, Şəkidə 175, Zaqatalada 350, Balakəndə 231, Qəbələdə 191, Qaxda 188, Bərdədə 235, Göyçayda 232, Şirvanda 360, Lənkəranda 362, Qubada 274, Qusarda 597, Xaçmazda 667) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 55 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunan imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Milli.Az
XƏBƏR LENTİ
-
Nehrəmli Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi oldu
-
MİQ imtahanlarında yeni qayda
-
Bakıda qeyri-adi hadisə: Zibillikdən “Chevrolet Cobalt” tapıldı
-
Sinoptiklərdən xəbərdarlıq: İyunun 25-də intensiv yağış və dolu gözlənilir
-
Naxçıvana uçuşlar ləğv edildi
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb
-
Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
-
Kredit borcu olan vətəndaşlara hansı güzəştlər ediləcək?
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
-
Bakı-Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı - (Foto)
-
"Nəvələrimə smartfon vermirəm" - Qırğızıstan prezidenti
-
Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu
-
Füzulidə evin həyətindən kişi meyiti tapıldı
-
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)
-
Çimərlik istiqamətinə yeni avtobus marşrutları açıqlandı - Hansı xətt hara gedir?
-
Türkiyənin iki bölgəsində dron həyəcanı: Biri bağçaya, digəri tarlaya düşdü
-
AMB uçot dərəcəsi ilə bağlı qərarı açıqladı
-
Əkizlər,Tərəzi və Xərçəng bürclərini çətin sınaqlar gözləyir
-
Artıq Bakı-Tbilisi qatarlarında 3 ay sonrayadək bilet ala biləcəksiniz
-
Məişət texnikası mağazalarının "pulsuz quraşdırılma" vədi nə dərəcədə dürüstdür? - ARAŞDIRMA
-
Prezident İlham Əliyev: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
-
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
-
İnternetdə qumar təşkilinə görə cəzalar artırılır - 4 ilədək həbs ola bilər





