Bahalı istirahət mərkəzlərinə alternativ, ucuz yerlər - ŞƏHƏRLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ildə səyahət etməyi planlaşdıran turistlər üçün məşhur və bahalı istirahət mərkəzlərinə alternativ olan daha sakit və sərfəli istiqamətlər təklif olunub.
Milli.Az-ın xəbərinə görə, mütəxəssislər bildirirlər ki, son illər populyar kurortlarda otel qiymətlərinin kəskin bahalaşması və turist sıxlığının artması istirahətin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən səyahətçilərə eyni dərəcədə maraqlı, lakin daha az tanınan istiqamətlər tövsiyə olunur.
Siyahıda Santoriniyə alternativ kimi İspaniyanın Altea şəhəri göstərilir. Benidorm yaxınlığında yerləşən bu sakit sahil qəsəbəsi ağ rəngli evləri və daş döşəməli küçələri ilə məşhur yunan adasını xatırlatsa da, burada həm qiymətlər daha münasibdir, həm də turist axını azdır. Altea üçün ən uyğun səyahət dövrü may-iyun ayları hesab olunur.
Marbelyanı sevənlər üçün isə Denia şəhəri alternativ kimi təqdim edilir. Kosta-Blanka sahilində yerləşən bu liman şəhəri canlı axşamları, tapası və memarlığı ilə diqqət çəkir. İyundan sentyabra qədər olan dövr Deniaya səfər üçün ən əlverişli vaxt sayılır.
Tailanda gedən turistlər üçün Pxuket əvəzinə Ko Yao Noy adası tövsiyə edilir. Bu ada şəffaf suları, sakit çimərlikləri və əhəngdaşı qayaları ilə izdihamdan uzaq istirahət imkanı yaradır.
ABŞ-dakı Böyük Kanyona alternativ olaraq Avropada Sloveniyanın Tolmin bölgəsi məsləhət görülür. Yuli Alp dağlarında yerləşən bu ərazi firuzəyi çayları, dərin dərələri və təbii mənzərələri ilə seçilir. Burada turist sayı xeyli az olsa da, təəssüratlar olduqca zəngindir.
Karib adalarının ab-havasını yaşamaq istəyənlər üçün Şotlandiyanın Xarici Hebrid adalarından biri olan Barra adası məsləhətdir. Qumlu çimərliklər və mavi sularla yanaşı, burada dünyada yeganə çimərlik üzərində yerləşən uçuş-enmə zolağı da mövcuddur.
Roma şəhərində turist sıxlığından bezənlər üçün isə İtaliyanın Genuya şəhəri alternativ kimi göstərilir. Tarixi dar küçələri, sahil xətti və zəngin mədəniyyəti ilə Roma ilə oxşarlıq təşkil edən Genuya daha sakit mühit və münasib qiymətlər təklif edir. Şəhərə səfər üçün ən uyğun dövr sentyabr-oktyabr aylarıdır.
Mütəxəssislər qeyd edirlər ki, 2026-cı ildə səyahət üçün Avropanın Slovakiya, Belçika, Fransa, İtaliya və Polşada yerləşən digər sakit və sərfəli şəhərləri də turistlər üçün cəlbedici ola bilər. /lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
İstanbul su altında qaldı - (Video)
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
XƏBƏR LENTİ
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur





