Dünya

İsrail üçün maneə İran yox, bu ÖLKƏDİR

22 Mart 2026 18:00
Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin "Böyük İsrail layihəsi"ni həyata keçirməsinin qarşısında dayanan ən böyük maneə İran deyil, ABŞ-dır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu çinli tədqiqatçı, ekspert Jiang Xueqin amerikalı jurnalist Taker Karlsona ABŞ-İsrail hücumlarını və mövcud hadisələri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, müharibə ən çox İsrail üçün faydalıdır:

"Çünki İsrailin "Böyük İsrail layihəsi" kimi bir məqsədi var. Xəritəyə baxanda bu layihənin Anadolu, Türkiyənin cənubu, hətta Səudiyyə Ərəbistanına qədər uzandığı görünür.

Əgər İsrail üstün mövqeyə çıxarsa, Yaxın Şərqin hakim gücünə çevrilə bilər. Ancaq İsrail ABŞ-ı bu tənlikdən çıxarmağın yolunu tapmalıdır. Çünki bu gərginlikdə ABŞ-ın gücünü ortaya qoyduğunu düşünürəm".

İsrailin ABŞ-ı Yaxın Şərqdən çıxarmaq üçün bu müharibəyə cəlb etməsi iddiaları ilə bağlı fikirlərini bölüşən tədqiqatçı vurğulayıb ki, Amerika xalqı müharibə istəmir və nə olursa olsun, ABŞ-ın Yaxın Şərqdən çəkilmək məcburiyyətində qalması, həmçinin İsrailin öz layihəsini həyata keçirə bilməsi ehtimalı var:

"Müharibənin gedişatına baxsaq, bu planın həyata keçəcəyi güman edilir. Bunun səbəbi isə ABŞ ordusunun illərdir real bir müharibədə iştirak etməməsidir".

Şərhçi İrandakı müharibənin 2003-cü ildə baş verən İraq müharibəsindən fərqli olduğunu diqqətə çatdırıb.

Onun fikrincə, ABŞ İranı güclü hərbi gəmilərlə hədələsə də, bu gəmilər dron təhlükəsinə görə İrana yaxınlaşa bilməyib və effektiv olmayıb. Çünki İran 20 ildən çoxdur ki, belə vəziyyətlərə hazırlaşır və ABŞ-ın addımlarını yaxşı bilir.

"ABŞ ordusu daha ağır və çətin hərəkət edir, İran ordusu isə daha çevik və dözümlüdür", - deyə Jiang Xueqin əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.