İran

İranda müharibə dayansa da, bu, illərlə davam edəcək

22 Mart 2026 15:24
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində enerji daşıyıcılarının tədarükündə yaranmış fasilələr qlobal bazarlarda aylarla, hətta illərlə davam edə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Axios"da dərc edilən məqalədə bildirilib.

Nəşr qeyd edir ki, tez bir zamanda atəşkəs və ya Hörmüz boğazından təhlükəsiz keçid barədə razılaşma əldə olunsa da, bu, fasilələrə son qoymayacaq. Çünki Hörmüz boğazının blokadası artıq qlobal xammal tədarükünə öz mənfi təsirini göstərib.

Məqalədə ekspertlərin fikitlərinə də yer verilib. Onların sözlərinə görə, enerji obyektlərinə birbaşa zərbələrin endirilməsi müharibənin nəticələrinin uzunmüddətli olacağının birbaşa göstəricisidir. Elə bu səbəblə də enerji sahəsində artan qiymətlər daha ləng və uzun müddət sonra azalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.