Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bayram süfrələrinin bolluğu çox zaman görünməyən təhlükəni də özü ilə gətirir. İlk baxışda "israf olmasın" düşüncəsi ilə saxlanılan yeməklər əslində sağlamlıq üçün ciddi risk mənbəyinə çevrilə bilər. Xüsusilə yumurta, ət, toyuq, balıq, göbələk və mayonez əsaslı qidalar düzgün saxlanmadıqda sürətlə xarab olur və zəhərlənmə ehtimalını artırır.
Mütəxəssislər bildirir ki, bu tip məhsullardan hazırlanmış yeməklər süfrədə iki saatdan artıq qalmamalıdır. Otaq temperaturu bakteriyaların sürətlə çoxalması üçün ideal mühit sayılır. Nəticədə qida zahirən normal görünsə belə, tərkibində təhlükəli mikroorqanizmlər formalaşa bilər.
Xüsusilə isti havalarda risk daha da artır. Açıq qabda saxlanılan yeməklər həm havadakı mikroblarla təmasda olur, həm də temperatur təsirindən tez korlanır. Bu cür qidaların sonradan yenidən qızdırılaraq yeyilməsi isə təhlükəni aradan qaldırmır. Çünki bəzi bakteriyalar yüksək temperatura davamlı toksinlər ifraz edir.
Həkimlər qida zəhərlənmələrinin əsas səbəblərindən birinin məhz düzgün saxlanmayan bayat yeməklər olduğunu vurğulayır. Ürəkbulanma, qusma, ishal, halsızlıq kimi əlamətlər qısa müddətdə özünü göstərə bilər və bəzi hallarda vəziyyət ağırlaşaraq tibbi müdaxilə tələb edir.
Məsləhət olunur ki, bişirilmiş yeməklər maksimum iki saat ərzində soyuducuya yerləşdirilsin və saxlanma müddətinə ciddi nəzarət olunsun. Şübhə doğuran qidaları isə heç bir tərəddüd etmədən atmaq daha təhlükəsiz seçimdir. Unutmayaq ki, qənaət naminə sağlamlığı riskə atmaq doğru yanaşma deyil. Bayat və ya düzgün saxlanmamış yeməklərdən imtina etmək həm özünüzün, həm də ailənizin sağlamlığını qorumağın ən sadə və effektiv yoludur. /musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Soyuducunu bu vasitə ilə təmizləməyin
-
Qız övladı atanın ömrünü uzadır
-
Balığın sümüyü boğazınızda qalsa, bu səhvi etməyin
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
KuPS - "Trabzonspor" matçında altı qol vuruldu
-
Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)





