Sağlamlıq

Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT

22 Mart 2026 17:28
Baxış: 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır.

Milli.Az xəbər verir ki, təbii bitkilər və məcunlar damar sağlamlığını dəstəkləyə bilər, lakin əsas müalicəni əvəz etmir.

Damar tıxanması niyə yaranır?

- Yüksək xolesterin

- Şəkərli diabet

- Siqaret

- Hərəkətsizlik

- Stress və sinir gərginliyi

1. Sarımsaq + limon məcunu (klassik damar təmizləyici)

Faydaları:

- Xolesterini azaltmağa kömək edir;

- Qanı durulaşdırır;

- Damar elastikliyini artırır.

Hazırlanması:

- 5 diş sarımsaq;

- 2 ədəd limon (qabığı ilə);

- 1 stəkan ilıq su;

Hamısını blenderdən keçir, şüşə qabda saxla.

İstifadə:

Gündə 1 xörək qaşığı, səhər acqarına;

2. Bal + zəncəfil + darçın məcunu

Faydaları:

- Qan dövranını yaxşılaşdırır;

- İltihabı azaldır;

- Damarları qoruyur;

Hazırlanması:

- 2 x.q bal

- 1 ç.q zəncəfil tozu

- Yarım ç.q darçın

Qarışdır və hazırdır. Gündə 1 dəfə yeməkdən sonra istifadə edin.

3. Qoz + bal + kətan toxumu məcunu

Faydaları:

- Omeqa-3 ilə zəngindir;

- "Pis xolesterini" azaldır;

- Ürəyi gücləndirir;

Hazırlanması:

- 5-6 ədəd qoz;

- 1 x.q bal;

- 1 ç.q üyüdülmüş kətan toxumu;

Səhər və ya günorta 1 qaşıq istifadə edin.

Qan durulaşdırıcı dərman qəbul edənlər (məsələn aspirin) bu məcunları həkimlə məsləhətləşmədən istifadə etməməlidirlər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.