Dünya

Türkiyə MN İrandan atılan ballistik raketlə bağlı açıqlama YAYDI

9 Mart 2026 16:15
Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib".

Milli.Az xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

"Sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır.

Həmçinin qeyd olunur ki, Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara riayət olunması hər kəsin maraqlarına uyğundur", - məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyənin Sakarya bölgəsində Karasu sahillərində PUA tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.