Dünya

Yaponiyada güclü qar səbəbindən 35 nəfər ölüb

4 Fevral 2026 10:52
Baxış: 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın şimalında, eləcə də Yapon dənizi sahillərində güclü qar yağması nəticəsində azı 35 nəfər həlak olub.

Milli.Az-ın məlumatına görə, bu barədə TBS telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Həlak olanlar arasında damları qardan təmizləyərkən yıxılanlar, yolları və həyətləri təmizləyərkən həddindən artıq fiziki gərginlikdən vəfat edən yaşlı insanlar da var. Yapon dənizi sahilində yerləşən Niigata prefekturasında isə yerli sakinlərdən biri evinin üzərinə yığılan qarın ağırlığı altında uçması nəticəsində dağıntıların altında qalaraq ölüb.

TBS-in məlumatına görə, bir çox rayonlarda hakimiyyət orqanları yollardakı qarı vaxtında təmizləyə bilmir və bunun nəticəsində nəhəng avtomobil tıxacları yaranıb. Telekanal qeyd edir ki, bəzi bölgələrdə artıq üç gündür ibtidai və orta məktəblər bağlıdır. Honşu adasının şimalında yerləşən Aomori prefekturasında isə yolların qardan təmizlənməsi üçün ordu bölmələri cəlb olunub.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.