Dünya

ABŞ-da hökumət fəaliyyətini müvəqqəti dayandırdı - SƏBƏB

31 Yanvar 2026 11:02
Baxış: 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ federal hökuməti fəaliyyətini qismən müvəqqəti dayandırıb (şatdaun).

Milli.Az ABŞ mediasına istinadən xəbər verir ki, buna səbəb olaraq Konqresdə Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı narazılıqlar göstərilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ hökuməti ötən il 1 oktyabr-14 noyabr tarixləri arasında şatdaun elan edib. Bu da ABŞ tarixində ən uzunmüddətli hökumət şatdaunu olub.

Şatdaun ərzində lazımi xidmət sektorlarına ziyan dəyib və yüz minlərlə dövlət qulluqçusunun maaşında həftələrlə gecikmə yaşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.