Dünya

Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıdı

29 Yanvar 2026 19:14
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı İslam İnqilabı keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

Milli.Az xəbər verir ki, bununla bağlı Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında bildirib.

"Repressiyalar cavabsız qala bilməz. Aİ xarici işlər nazirləri İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaqla bağlı qətiyyətli bir qərar verdi. Öz xalqının minlərlə nümayəndəsini öldürən istənilən rejim öz sonu üçün çalışır",- Kallas qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.