Dünya

Həftəsonu maqnit qasırğası olacaqmı?

24 Yanvar 2026 13:20
Baxış: 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 19-20-də Yer kürəsində güclü maqnit qasırğası baş verib.

Milli.Az xəbər verir ki, Britaniya Geoloji Xidmətinin məlumatına görə, vəziyyət artıq tədricən stabilləşir, lakin yaxın günlərdə hələ də zəif aktivlik dövrləri müşahidə oluna bilər.

Alimlər bildirirlər ki, günəş küləyinin sürəti hələ də 500-550 km/s civarındadır, bu da G1 səviyyəli zəif maqnit qasırğalarının yaranmasına səbəb olur. Proqnozlara görə, yanvarın 24-25-də kiçik maqnit aktivliyi gözlənilir, lakin ciddi təsir ehtimalı yoxdur.

Xatırladaq ki, 19 yanvar nadir S4 səviyyəli günəş radiasiya qasırğası ilə yadda qalıb - 2003-cü ildən bəri ən güclü hadisə. Atmosfer və maqnit sahəsi yer üzündəki insanlara təhlükə yaratmayıb, lakin astronavtlar və peyklər üçün yüksəklikdə risklər mövcuddur.

Radiasiya qasırğaları geomaqnit hadisələrindən fərqlənir. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.