Dünya

Rusiya Xarkova "Şahed"lərlə hücum etdi - 19 nəfər yaralanıb

24 Yanvar 2026 10:38
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ordusu gecə saatlarında "Şahed" tipli pilotsuz uçuş aparatları ilə Ukraynanın Xarkov şəhərinə hava zərbələri endirib.

Milli.Az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Xarkovun meri İqor Terexov açıqlama verib. Onun sözlərinə görə, şəhərə ümumilikdə 25 hücum dronu yönəldilib.

Hücum nəticəsində 19 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında hamilə gənc qadın və azyaşlı uşaq da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.