Dünya

“ABŞ donanması İrana doğru hərəkət edir”

23 Yanvar 2026 10:03
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ-nin hərbi gəmilərdən ibarət "armadası" İrana doğru istiqamət alıb".

Milli.Az xəbər verir ki, "Reuters" istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində dünya liderləri ilə görüşdən qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

O, bu qüvvələrdən istifadə etməyə ehtiyac qalmayacağına ümid etdiyini deyib.

Tramp Tehrana etirazçıların öldürülməməsi və nüvə proqramının yenidən başladılmaması ilə bağlı xəbərdarlıqlarını da təkrarlayıb.

"Ehtiyac yaranarsa deyə, o istiqamətə çoxlu gəmilər göndəririk. Açığı, nəyinsə baş verməsini istəməzdim, amma onları çox yaxından izləyirik", - Tramp deyib.

"Bizim bir armadamız var və o istiqamətə doğru gedir. Ola bilsin ki, ondan istifadə etməyə ehtiyac qalmasın", - o əlavə edib.

O iddia edib ki, təhdidlərindən sonra İran təxminən 840 edam hökmünü ləğv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.