Dünya

Zelenski Trampın “Sülh Şurası” ilə bağlı dəvəti açıqladı: Ukraynanın mövqeyi sərtdir

20 Yanvar 2026 17:21
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"na Ukraynanın dəvət aldığını təsdiqləyib.

Milli.Az-ın məlumatına görə, Zelenski "UNİAN"ın sualını cavablandırarkən dəvətin həqiqətən mövcud olduğunu bildirib və hazırda bu məsələ üzərində Ukrayna diplomatlarının işlədiyini qeyd edib.

Ukrayna lideri vurğulayıb ki, ölkəsinin Rusiya və Belarusla eyni platformada təmsil olunması onun üçün qəbuledilməzdir. Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın birbaşa düşmənidir, Belarus isə Moskvanın müttəfiqi kimi çıxış edir.

"Rusiya ilə hər hansı şurada birgə iştirak etməyimizi təsəvvür etmək mənim üçün olduqca çətindir. Bu, təkcə sözügedən sülh təşəbbüsünə aid deyil. Rusiya əslində sülh yox, müharibə aparan tərəfdir. Belarus da, xüsusilə Lukaşenko rejimi, bu siyasətdə onların yanındadır", - deyə Zelenski bildirib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.