ABŞ vətəndaşlarına İranı dərhal tərk etmələri tövsiyə olunub. Təhlükəsiz olduğu təqdirdə Türkiyə və ya Ermənistana quru yolu ilə keçmələri məsləhət görülür.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, İranı Azərbaycan üzərindən tərk etmək istəyən ABŞ vətəndaşları nəzərə almalıdırlar ki, İran və İsrail arasında 2025-ci ilin iyun ayında baş verən münaqişə kimi gərginliyin artdığı dövrlərdə ABŞ vətəndaşları üçün İrandan Azərbaycana giriş məhdudlaşdırılıb
Səfirlik ABŞ vətəndaşlarına İrandan çıxmaq üçün alternativ marşrutları və yolları öncədən nəzərdən keçirməyi tövsiyə edib.
Milli.Az





