Dünya

Zelenski İranla bağlı dünyaya çağırış etdi

13 Yanvar 2026 19:49
Baxış: 1 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda geniş yayılmış xalq etirazları üsyandır və bu, İranın sərhədlərindən kənarda, o cümlədən Rusiya üçün də nəticələrə səbəb olacaq.

Milli.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün X səhifəsində yazıb.

"Dünyadakı hər bir insan həqiqətən İran xalqının nəhayət xoşbəxt olmasını və orada mövcud olan və təkcə İran xalqına deyil, həm də Ukraynaya və digər ölkələrə çoxlu bəla gətirən rejimdən qurtulmasını istəyir", - o, əlavə edib.

Ukrayna prezidenti beynəlxalq ictimaiyyətin bu anı görməzdən gəlməməli olduğunu vurğulayıb:

Vladimir Zelenski həmçinin siyasi liderləri, ölkələri və beynəlxalq təşkilatları daha fəal rol oynamağa çağırıb:

"Hər bir lider, hər bir ölkə və beynəlxalq təşkilat indi müdaxilə etməli və İranda bu vəziyyətə görə məsuliyyət daşıyanları cavabdehliyə cəlb etməkdə xalqa kömək etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.