Dünya

İranda etirazçılar 2 şəhərdə nəzarəti ələ keçirdi - VİDEO

7 Yanvar 2026 12:42
Baxış: 1 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Abdanan şəhərində xalqın nəzarəti altına keçib. Melekşahda bütün rejim qüvvələrinin xalq tərəfindən şəhərdən qovulduğu bildirilib. 

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, İranın İlam əyalətinin Abdanan şəhərində başlayan kütləvi etirazlar sürətlə bütün şəhərə yayılıb. On minlərlə insan Abdanan küçələrinə çıxaraq şəhər mərkəzinə doğru yürüş edib.

Yürüş zamanı Abdanan Polis Bölməsi və bir ordu anbarı xalqın nəzarəti altına keçib. Məlumata görə, polis bölməsi heç bir toqquşma olmadan ələ keçirilib. Bölmədəki polis əməkdaşlarının etirazçılara müdaxilə etmədiyi, bəzi əməkdaşların xalqla əməkdaşlıq etdiyi və bölməni xalqa təhvil verdikdən sonra ərazidən geri çəkildiyi məlum olub. Polis bölməsinin ələ keçirilməsindən sonra şəhərdə etirazlar bayram şənlikləri ilə davam edib.

Abdanandakı hadisələrə paralel olaraq, İlam əyalətinin Mələkşah şəhərində də əhəmiyyətli hadisələr baş verib. Bütün rejim qüvvələrinin xalq tərəfindən şəhərdən qovulduğu və Mələkşahın artıq onların nəzarəti altında olduğu bildirilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.