Oğlu Maduro haqqında danışdı - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:48
Venesuelanın ələ keçirilmiş və ölkədən çıxarılmış Prezidenti Nikolas Maduronun oğlu, parlament üzvü Nikolas Maduro Qerra, atasından danışıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onun parlamentdəki çıxışı emosional anlarla yadda qalıb.
O, atasına qarşı baş verən hadisələrdən söz açarkən bildirib ki, dövlət başçısının qaçırılması, xarici güclərin təzyiqinə boyun əyməyən bütün ölkələr üçün ciddi təhlükə yaradır.
Nikolas Maduro Qerra deyib:
"Əgər dövlət başçısının qaçırılması adi hala çevrilərsə, heç bir ölkə öz təhlükəsizliyini təmin edə bilməyəcək. Bu gün bu, Venesueladadır, sabah isə istənilən tabe olmayan ölkə hədəfə çevrilə bilər."
Sonra o, atasına müraciət edərək vurğulayıb:
"Sən ailəmizdə hər birimizi güclü və mərd insanlara çevirmisən. Biz buradayıq və sən qayıdana qədər üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik. Ölkə təhlükəsiz əllərdədir, ata. Tezliklə Venesuelada sənlə qucaqlaşacağıq. Sən oğlanlarını və Siliya xanımı görəcəksən."
Oğul həmçinin ölkənin müvəqqəti prezidenti Delsi Rodrigezə öz və ailəsi adından dəstək ifadə edib.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakas və ətraf ştatlarda strateji obyektlərə genişmiqyaslı zərbələr endirmişdi. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro və xanımı Siliya Flores ələ keçirilərək Nyu-Yorka aparılıb.
00:52
ABŞ-nin xüsusi təyinatlıları tərəfindən ələ keçirilən Venesuela lideri Nikolas Maduro gec-tez vətəninə qayıdacaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Maduronun oğlu, Venesuela parlamentinin üzvü Nikolas Maduro Qerra bildirib.
O, parlamentin iclasında deyib ki, bu, xalqın həm Venesuela daxilində, həm də onun hüdudlarından kənarda birləşməsi sayəsində mümkün olacaq.
Maduronun oğlu Venesuela Ali Məhkəməsinin qərarına əsasən, dövlət başçısının səlahiyyətlərini icra edəcək vitse-prezident Delsi Rodrigesə tam dəstəyini ifadə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qaradağda 45 yaşlı kişini tok vuraraq öldürdü
-
“Tvente” "Qarabağ"la oyun öncəsi futbolçusu ilə bağlı qərar verdi
-
Bakıda bədbəxt hadisə: 8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldü
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Şəhid yoldaşı ali məktəbə qəbul oldu
-
Bülent Ersoy konsertdə tamaşaçıları təhqir etdi - (Video)
-
Xəstəxanaya yerləşdirilən Xosedən diqqətçəkən addım - (Foto)
-
“Bəşəriyyət yox olur”
-
"Qalatasaray" axtardığı hücumçunu bundesliqada tapdı
-
Azərbaycanda çoxunun evində var: 250 manata alırlar - (Foto)
-
“Uzak Şehir”in 60 yaşlı aktrisası paraşütlə təyyarədən atıldı - (Video)
-
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə sərt xəbərdarlıq
-
Xameneinin ən son görüntüləri yayıldı - (Foto)
-
Yevlaxda minik avtomobili motosikletlə toqquşdu: 71 yaşlı sürücü öldü
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Şəhid anası tələbə adını qazandı - (Foto)
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Qızılın qiyməti son ayların rekordunu yenilədi
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
-
Robert Köçəryan saxlanıldı
-
“Sabah” bu gün cavab oyununa çıxacaq
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Qayınata kürəkəni tərəfindən öldürüldü - Ağdamda qətl
-
Paytaxtın bu küçələrində tıxac var





