Yanvarın 5-nə keçən gecə Kiyevə növbəti hücum həyata keçirilib, dağıntılar var, bir nəfər həlak olub.
Milli.Az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, Obolon rayonunda fəaliyyət göstərən stasionar şöbəsi olan dördmərtəbəli xəstəxana binasına zərbə endirilib.
Yanğın söndürülüb, bina yoxlanılarkən bir nəfərin meyiti aşkar edilib.
Xilasedicilər 25 nəfərin təxliyə edildiyini, üç nəfərin isə xəsarət aldığını bildiriblər. Hadisə yerində 50-yə yaxın xilasedici və 10 ədəd yanğın-xilasetmə texnikası çalışıb.
Milli.Az





