Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı ABŞ-ın Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub.
Milli.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Bilirsiniz, yanvarın 3-də çoxlu kubalı öldü. Bu sizə məlumdur. Çoxlu kubalı öldü", - Tramp bildirib.
"Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı öldü", - ABŞ lideri əlavə edib.
Qeyd edək ki,yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.
Milli.Az





