Dünya

Maskdan Ermənistana inanılmaz hədiyyə

5 Yanvar 2026 00:15
Baxış: 8 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur milyarder İlon Maskın "SpeysX" şirkətinə məxsus "Starlink" şirkəti Ermənistanın ucqar yaşayış məntəqələrindəki məktəblərdə internetə çıxışı yaxşılaşdırmaq üçün 100-dən çox terminal bağışlayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan deyib.

Nazir terminalların əsasən ucqar və əl çatmayan yaşayış məntəqələrində yerləşən məktəblərə yönəldiləcəyini bildirib.

Nazir əlavə edib ki, bu təşəbbüs bağlantını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, rəqəmsal inklüzivliyi təşviq edəcək və minlərlə tələbə üçün onlayn təhsilə çıxışı təmin edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.