Dünya

“Kurtlar Vadisi” serialında diqqətçəkən Venesuela detalı – VİDEO

4 Yanvar 2026 17:40
Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2005-ci ildə yayımlanan məşhur "Kurtlar Vadisi" serialında Venesuela detalı diqqət çəkib.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən kadrlar sosial şəbəkədə yenidən paylaşılıb.

Görüntülərdə əks olunan dialoqda Venesuela ilə ABŞ arasındakı münasibətlərdən bəhs edilib:

"ABŞ Milli Demokratiya Fonduna (NED) pərdəarxasında dəstək verir. Bu qurumun rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti keçmiş CIA - Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency) əməkdaşlarıdır. ABŞ-da fond, institut və ya mərkəz adı altında fəaliyyət göstərən, hüquqi statusa malik bir çox qurum əslində CIA-nın maraqları naminə çalışır".

Serialda bildirilir ki, NED dünən Nikaraquada və Kolumbiyada, bu gün isə Venesuelada müxtəlif əməliyyatlar həyata keçirir:

"Müasir dövrdə "demokratiya", "azadlıq" və "insan haqları" anlayışları bir növ sehrli sözlərə çevrilib və bu anlayışların arxasında istənilən addımı atmaq mümkün olur. Ən təsirli təbliğat üsulu isə ümumiyyətlə təbliğat aparılmırmış kimi görünməkdir".

Qeyd edək ki, yanvarın 3-də ABŞ Prezidenti Donald Tramp Amerikanın Venesuelaya qarşı "genişmiqyaslı hücum" həyata keçirdiyini və nəticədə ölkə lideri Prezident Nikolas Maduro ilə həyat yoldaşının "saxlanıldığını" açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.