Böyük Britaniyanın Oksfordşir qraflığında, Bister şəhərində yerləşən 1 100 yerlik Bullinqdon həbsxanası dron hücumuna məruz qalıb.
Milli.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri xəbər yayıb. Həbsxanaya dron dəstələri vasitəsilə narkotik və silah keçirilməyə cəhd edilib.
Hadisənin gecə saatlarında baş verdiyi bildirilib. Hücumu əngəlləməyə çalışan mühafizəçilər də PUA-ların (pilotsuz uçan aparatların) hədəfi olub.
Məlumata görə, həbsxananın təhlükəsizlik sistemindəki boşluqlar - torların olmaması və pəncərələrin zəif və ya zədələnmiş konstrukasiyası - problemi daha da böyüdüb.
Hadisə ilə bağlı araşdırma aparılır və müəssisənin təhlükəsizliyini gücləndirmək üçün əlavə vəsait ayrılacağı bildirilib.
Kənan
Milli.Az





