Venesuela Prezidenti Nikolas Maduronun ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Nyu-York qərargahının dəhlizindən aparılması zamanı maraqlı bir an qeydə alınıb.
Milli.Az-ın "New York Post" nəşrinə istinadən verdiyi məlumata görə, əlləri qandallı olan Maduro həbsdə olmasına baxmayaraq, kamera qarşısında hamıya xeyirli gecələr arzulayıb və Yeni il münasibətilə təbriklərini çatdırıb.
Həmin qeyri-adi və diqqət çəkən anları əks etdirən görüntülər ictimaiyyətə təqdim olunub.
Milli.Az





