Hindistanın Nepal sərhədinə yaxın ərazisində fil sürüsünün hücumu faciə ilə nəticələnib.
Milli.Az xəbər verir ki, "The Statesman" nəşri Uttar-Pradeş ştatında baş verən hadisə ilə bağlı məlumat yayıb.
Bildirilir ki, olay Katarniaqhat meşə zonasının yaxınlığında qeydə alınıb. Nepal vətəndaşı olan 47 yaşlı Balika Sen kənd sakinləri ilə birlikdə tarladakı işi başa vurduqdan sonra axşam saatlarında meşə cığırı ilə evə qayıdarkən gözlənilmədən fil sürüsü ilə üzləşib.
Şahidlərin sözlərinə görə, heyvanlar qrupun qarşısını kəsərək panikaya səbəb olub. İnsanların əksəriyyəti qaçaraq təhlükədən yayına bilsə də, Balika Sen fil sürəsinin içində qalaraq xilas ola bilməyib.
Nəticədə qadın aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib. Hadisə ilə bağlı yerli qurumlar araşdırmalara başlayıb.
Kənan
Milli.Az





