Venesuelada dövlət başçısının səlahiyyətlərini icra edəcək müvəqqəti rəhbər müəyyənləşdirilib.
Milli.Az-ın Venezolana de "Television" telekanalına istinadən yaydığı məlumata görə, Venesuela Ali Məhkəməsi icraçı vitse-prezident Delsi Rodrigesin ölkə rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq icra etməsi barədə qərar qəbul edib.
Bu barədə açıqlama ilə çıxış edən hakim Tania d'Amelio bildirib ki, qərar Ali Məhkəmənin Konstitusiya Palatasının iclasında təsdiqlənib.
Hakimin sözlərinə görə, belə bir addım 2026-cı il yanvarın 3-də baş verən xarici hərbi müdaxilə və Venesuela Prezidenti Nikolas Maduronun qaçırılması faktı ilə əlaqədar atılıb.
Kənan
Milli.Az





