Dünya

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

7 Dekabr 2025 14:00
Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellekt xilas edib.

Milli.Az xəbər verir ki, ağrıları getdikcə güclənən və narahat olan kişi simptomlarını ətraflı şəkildə süni intellekt əsaslı Qrok adlı söhbət robotuna danışıb. Qrokun cavabı isə tamamilə fərqli olub: sistem xəstənin vəziyyətinin ciddi ola biləcəyini, bunun mədə xorasının deşilməsi və ya atipik apendisit ola biləcəyini qeyd edib və dərhal xəstəxanaya qayıdıb kompüter tomoqrafiyası (KT) etdirilməsini tövsiyə edib.

Qrokun xəbərdarlığı ilə yenidən xəstəxanaya qayıdan kişi həkimlərə aldığı mesajı göstərərək KT müayinəsindən keçmək istədiyini bildirib. Aparılan tomoqrafiya nəticəsində xəstənin apendisitinin demək olar ki, yırtılmaq üzrə olduğu müəyyən edilib. O, dərhal əməliyyata alınıb və 6 saat davam edən uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub.

Ölüm təhlükəsindən dönən xəstə yaşadığı hadisəni belə ifadə edib: "Mən bu gün sağam və yaxşıyam, çünki həkimlərin gözündən qaçan vəziyyəti bir süni intellekt gördü."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.