Dünya

ABŞ-də tarixdə ilk dəfə ətə qarşı allergiyadan insan öldü

14 Noyabr 2025 18:16
Baxış: 327
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nyu-Cersi ştatında yaşayan bir ABŞ aviaşirkəti pilotu ətə qarşı allergiyadan ölən ilk insan kimi qeydə alınıb. 

Milli.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, 47 yaşlı kişi hamburger yedikdən təxminən dörd saat sonra kəskin vəziyyətə düşüb və 2024-cü ilin sentyabrında dünyasını dəyişib. Əvvəlcə ölüm səbəbi məlum olmasa da, sonradan onun qısa müddət əvvəl gənə tərəfindən dişləndiyi ortaya çıxıb. Həmin dişləmə nəticəsində orqanizmdə alfa-qal sindromuna səbəb olan anticisimlər formalaşıb.

Qeyd edilir ki, bu, ət qəbulundan sonra AGS səbəbilə rəsmi şəkildə təsdiqlənmiş ilk ölüm hadisəsidir. Xəstəliyi yayan "Amblyomma Americanum" adlı gənələr əsasən ABŞ-ın şimal-şərq, cənub və Orta Qərb bölgələrində yayılıb.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.