Dünya

Trampın oğlu Ermənistana səfərini ləğv etdi

12 Noyabr 2025 11:56
Baxış: 389
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp Ermənistana səfərini ləğv edib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, səfər ərəfəsində ABŞ-də jurnalist Taker Karlsonun efirə getmiş verilişi və həmin proqramda səslənən iddialar geniş rezonans doğurub.

Verilişdə "Tashir Capital" şirkətinin Baş direktoru Narek Karapetyan Ermənistan hakimiyyətinin erməni kilsəsinə qarşı hücumları barədə danışıb.

Qəzet bildirir ki, kiçik Tramp bu məlumatlardan sonra Ermənistan rəhbərliyi ilə görüşməkdən imtina edib.

Qeyd edək ki, ABŞ liderinin oğlu artıq noyabrın 12-də İrəvana getməli idi.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.