Dünya

Fransada qızıl emal zavoduna silahlı hücum edildi

2 Noyabr 2025 16:48
Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın Lion şəhərində yerləşən "Pourquery Laboratory" adlı qızıl emalı müəssisəsinə silahlı şəxslər hücum ediblər.

Milli.Az xəbər verir ki, məlumatı "The Guardian" yayıb. Bildirilir ki, qarətçilər müəssisəyə partlayıcı maddələr və odlu silahlar vasitəsilə daxil olublar. Hücum zamanı zavodda 28 işçi olub, onlardan 5 nəfəri xəsarət alıb.

İlkin hesablamalara görə, oğurlanan qızılın ümumi dəyəri 12 milyon avro təşkil edir.

Hadisədən qısa müddət sonra hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində bütün şübhəlilər saxlanılıb.

Faktla bağlı istintaq davam edir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.