Dünya

Ermənistanda icma rəhbəri güllələnərək öldürüldü

24 Sentyabr 2025 15:10
Baxış: 282
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanda icma rəhbəri güllələnərək öldürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.

Bildirilib ki, sentyabrın 23-də saat 23:52-də İrəvan şossesinin Armavir vilayətinin Merdzavan kəndi ərazisindən keçən hissəsində atəş səslərinin eşidilməsi barədə polisə məlumat daxil olub.

İlkin məlumata görə, iki nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlər arasında Parakar icmasının rəhbəri Volodya Qriqoryan da var.

Polis hadisənin bütün hallarını aydınlaşdırmaq üçün tədbirlər görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.