Dünya

Tramp prezidentlik dövrünün 1/3-ni burada keçirirmiş

2 Sentyabr 2025 14:53
Baxış: 720
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddəti ərzində günlərinin təxminən 30%-ni şəxsi qolf meydançalarında keçirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Tramp 2025-ci ilin əvvəlindən etibarən keçirdiyi 225 gündən 66-sında (29,3%) şəxsi qolf meydançalarına baş çəkib. Bu göstərici onun prezidentlik müddətinin üçdə birini qolf oynayaraq keçirdiyini göstərir. Ağ Evin mətbuat xidməti bu məlumatı açıqlayaraq Trampın iş günlərinin bir hissəsini şəxsi maraqlarına ayırdığını bildirib.

Trampın qolf fəaliyyətləri, xüsusilə son zamanlar sosial mediada onun sağlamlığı ilə bağlı yayılan şayiələr fonunda diqqət çəkib. Sentyabrın 1-də prezidentin qolf meydançasında görüntüləri yayımlanıb və bu, onun sağlamlığının yaxşı olduğunu göstərən bir addım kimi qiymətləndirilib.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.