Ölkə

Amaliya Məmmədovaya yüksək vəzifə verildi

2 Sentyabr 2025 18:20
Baxış: 696
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə rəis təyin edilib.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Amaliya Məmmədova təyin olunub.

Qeyd edək ki, bu ilin may ayında Arzu Yusifova FHN Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Mərkəzin yeni rəisi Amaliya Məmmədovanın da onun rəfiqəsi olduğu deyilir.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad olunub, yerinə tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova təyin olunmuşdu. Vəfa Dadaşova, həmçinin ötən ilin may ayında Tibb Xidmətinin rəisi vəzifəsinə gətirilmişdi. O, 2025-ci ilin mart ayında hər iki vəzifəsindən istefa verib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.