Biz təhlükəsizlik və sülh şəraitində yaşamaq üçün kifayət qədər gücə malik olan Ukrayna qururuq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdəki Maydan meydanından Müstəqillik Günü ilə bağlı ukraynalılara müraciətində deyib.
"Bu meydanda, müstəqilliyimizin meydanında, öz bayraqları altında, öz torpaqlarında övladlarımız, nəvələrimiz Müstəqillik Gününü qeyd etsinlər. Sülh içində. Sakitlik içində. Gələcəyə inamla. Hörmətlə. Və bu müstəqillik müharibəsində Ukraynanı müdafiə edən, möhkəm dayanan, bacaran, qalib gələn hər kəsə təşəkkür edirəm.
Belə bir məqsəd üçün yaşamağa dəyər. Bunun uğrunda dayanırıq.
Bayramınız mübarək, böyük ölkənin böyük insanları!", - Zelenski bildirib.
Milli.Az