Ərəbistan yarımadasından gələn termik depressiyanın təsiri nəticəsində Kipr və Türkiyənin bir çox bölgəsi ekstremal isti hava şəraitinə məruz qalıb.
Milli.Az xəbər verir ki, bu barədə "Meteonovosti"nin baş mütəxəssisi Tatyana Pozdnyakova özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, avqustun 10 və 11-də Kiprin paytaxtı Nikosiyada havanın temperaturu 41,4°C-yə çataraq tarixi maksimuma yaxınlaşıb.
Eyni gün Türkiyənin İzmir şəhərində 42,6°C isti qeydə alınıb, bu da bölgə üçün nadir hava şəraiti hesab olunur.
Pozdnyakova əlavə edib ki, Aralıq dənizinin şərqində suyun temperaturu 29°C-yə yüksəlib. Bu göstərici artıq tropik zonalara, Tailand sahillərindəki Sakit və Hind okeanları ilə müqayisə edilə biləcək səviyyəyə çatıb.
Kənan
Milli.Az