Əfqanıstanda qadınlara qarşı məhdudiyyətləri davam etdirən Taliban rəhbərliyi Kabildə fəaliyyət göstərən gözəllik salonlarını kütləvi şəkildə bağlamağa başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə yerli "Tolo News" kanalı məlumat yayıb.
Verilən məlumata görə, son günlər paytaxtda yüzlərlə salonun qapadılması ilə yanaşı, avadanlıqlar müsadirə edilir, bəzi hallarda isə obyektlərə birbaşa reydlər təşkil olunur.
Mənbənin bildirdiyinə görə, bu qərar yalnız qadınların sosial hüquqlarına deyil, həm də iqtisadi müstəqilliklərinə ciddi zərbə vurur. Kabildə fəaliyyət göstərən gözəllik salonlarında təxminən 60 min qadın işləyirdi və bu qərarla onların bir çoxu işsiz vəziyyətə düşüb.
Müşahidəçilər hesab edirlər ki, bu addım qadınların ictimai həyatdan tamamilə uzaqlaşdırılması istiqamətində atılan növbəti mərhələdir.
Kənan
Milli.Az