"Samsung"-un ən son qatlanan smartfonlarının, təxminən 12 000 cihazdan ibarət böyük partiyası, Londondakı Hitrou hava limanı yaxınlığında daşınma zamanı oğurlanıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, qarət ötən həftənin sonunda baş verib. Cinayətkarlar Galaxy Z Fold 7 və Z Flip 7 modellərinin böyük partiyasını daşıyan yük maşınını ələ keçiriblər.
Oğurlanmış malların ümumi dəyəri təxminən 10,6 milyon dollar olaraq qiymətləndirilir ki, bu da hadisəni son illərdə Böyük Britaniyada baş verən ən böyük elektronika oğurluqlarından birinə çevirir.
Böyük Britaniya polisinin məlumatına görə, oğurlanmış smartfonların 75%-ə qədəri 72 saat ərzində qeyri-qanuni şəkildə ölkədən çıxarılır ki, bu da onların axtarışını xeyli çətinləşdirir. Oğurlanan cihazlar tez-tez yenilənmiş IMEI nömrələri ilə "boz" bazarda peyda olur.
Milli.Az