Dünya

"Bir il sonra onların nüvə bombası olacaq, bizi Yer üzündən siləcəklər"

13 İyul 2025 14:15
Baxış: 1 135
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrailin Baş naziri Benyamin Netanyahu iddia edib ki, İran guya nüvə bombası yaratmağa və ondan yəhudi dövlətinə qarşı istifadə etməyə hazırdır.

Milli.Az xəbər verir ki, onun sözlərini "Fox News" telekanalı sitat gətirib.

Netanyahu iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "zənginləşdirilmiş uranla silahlanmağa" çalışır.

"Biz bunu gördük. Biz dedik ki, bir il sonra onların nüvə bombası olacaq və ondan istifadə edəcəklər. Digər nüvə güclərindən fərqli olaraq, əslində ondan istifadə edib bizi Yer üzündən siləcəklər", - Netanyahu bildirib.  /report

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.