Dünya

Səfirliyimizin yaxınlığında PARTLAYIŞ - FOTOlar

10 İyul 2025 17:28
Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 10-na keçən gecə Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə səfirliyimizin yaxınlığındakı parklanma yerində 20-dən artıq avtomobil yanıb.

Qeyd edək ki, Kiyevə edilən çoxkombinasiyalı hava hücumunda azı 2 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Ümumilikdə, əsas hədəf Kiyev olmaqla, Ukraynaya 400 dron və 18 ballistik və müxtəlif tipli raketlər atılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.