Dünya

"Avropa heç vaxt Ukraynanı tək qoymayacaq"

9 İyul 2025 13:27
Baxış: 683
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyaya səfəri çərçivəsində Avropanın Ukraynaya dəstəyi ilə bağlı mühüm açıqlama verib.

Milli.Az "The Guardian"a istinadən xəbər verir ki, Makron bildirib ki, Avropa dövlətləri Rusiyaya qarşı mübarizədə Ukraynanı hər zaman dəstəkləyəcək:

"Avropalılar Ukraynanı heç vaxt tək qoymayacaq, heç vaxt," - deyə Fransa lideri Britaniya parlamentindəki çıxışında vurğulayıb.

Makron qeyd edib ki, Ukrayna Rusiya tərəfindən qanunsuz və təcavüzkar hücuma məruz qalıb. O, həmçinin Böyük Britaniyanın Rusiyanın genişmiqyaslı işğalından əvvəl və sonra Ukraynaya göstərdiyi dəstəyi yüksək qiymətləndirib və ölkəni Kiyevin ən yaxın müttəfiqlərindən biri adlandırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.