Dünya

Rusiyada bu bayramı qeyd edənlər həbs oluna bilər

8 İyul 2025 22:14
Baxış: 1 726
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rus Pravoslav Kilsəsinin nümayəndəsi Vitali Rıbakov "İvan Kupala" gününü qeyd edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib.

Milli.Az xəbər verir ki, din xadimi bu bayramın Rusiya dəyərlərinə və pravoslav inancına uyğun olmadığını bildirib. Onun sözlərinə görə "İvan Kupala" bütpərəst ənənələrə əsaslanır və cəmiyyətə mənfi təsir göstərir.

Rıbakovun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Rusiya Patriarxlığının digər nümayəndəsi VaxTanq Kipşidze isə məsələ ilə bağlı belə sərt yanaşmanın tərəfdarı olmadığını bildirib.

Vitali Rıbakov qeyd edib ki, bu bayramın təşviqi və qeyd olunması qanunla qadağan edilməli və onun təbliğatını aparan şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Qeyd edək ki, "İvan Kupala" slavyan mənşəli yaz bayramıdır və bəzi bölgələrdə ənənəvi şəkildə qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.