Dünya

Ukraynanın Ottava Konvensiyasından çıxdı

29 İyun 2025 17:04
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin piyada əleyhinə minaların istehsalı və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxması barədə fərman imzalayıb.

Milli.Az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Kostenko sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Zelenskinin imzaladığı fərmanla Milli Təhlükəsizlik və Müdafiə Şurasının konvensiyadan çıxmaqla bağlı qərarı qüvvəyə minib.

Qeyd edək ki, Ottava Konvensiyası 1997-ci il dekabrın 3-də imzalanıb və 1999-cu il martın 1-də qüvvəyə minib. Konvensiya piyada əleyhinə minaların istifadəsini, istehsalını, ötürülməsini və ehtiyatda saxlanmasını qadağan edir. Sənədə bu günədək 163 ölkə qoşulub.

Ukraynanın bu qərarı beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub və təhlükəsizlik məsələləri kontekstində yeni suallar doğurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.