Dünya

12 günlük müharibə 24 saata necə bitdi? - Pərdəarxası danışıqlardan şok təfərrüatlar!

24 İyun 2025 10:53
Baxış: 1 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, İran və İsrail arasında atəşkəs razılığı əldə olunub.

Milli.Az xəbər verir ki, ABŞ, İsrail, Qətər və İran arasında baş verən son gərginlik fonunda atəşkəslə bağlı danışıqların detalları üzə çıxıb.

Bildirilib ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp əvvəlcə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Daha sonra o, Qətər əmiri ilə əlaqə saxlayaraq, ondan İranı dialoqa cəlb etməsini istəyib.

Mənbənin iddiasına görə, bu təşəbbüs İranın Doha yaxınlığındakı ABŞ-ın Əl-Üdeyd aviabazasına ballistik raketlər atmasından sonra baş verib. Həmin zərbənin ardından Qətər əmiri Tehran rəhbərliyi ilə danışıqlar aparıb.

İranın ABŞ-nin "Əl-Üdeyd" hərbi bazasına endirdiyi zərbədən sonra Qətər rəsmiləri ilə Tehran arasında telefon danışığı baş tutub. Bu danışıqlardan sonra Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani İranı ABŞ-nin atəşkəs təklifini qəbul etməyə razı sala bilib.

Tramp bəyan edib ki, atəşkəs əvvəlcə İran tərəfindən həyata keçiriləcək, 12 saat sonra isə İsrail hücumları dayandıracaq. O əlavə edib ki, 24 saat ərzində dünya 12 günlük müharibənin rəsmi sonunu qeyd edəcək.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.