Dünya

İsrail İrandakı hədəflərə zərbələr endirib - VİDEO

13 İyun 2025 09:05
Baxış: 1 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib.

Nazirin sözlərinə görə, İsrail dövlətinin həyata keçirdiyi qabaqlayıcı hücumdan sonra yaxın vaxtlarda İran tərəfindən İsrailə və onun mülki əhalisinə qarşı raket və pilotsuz aparatlarla hücum gözlənilir.

İsrail ordusu İranda "Aslan Milləti" (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib.

Qeyd olunub ki, hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.