10 nəfəri güllələyən məktəbli qətliamdan əvvəl anasına video göndəribmiş - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qratsda 10 nəfəri qətlə yetirən şagird atəş açmazdan əvvəl anasına vida videosu göndəribmiş.
Milli.Az dailymail-ə istinadla xəbər verir ki, əvvəllər məktəbdə bullinqə məruz qaldığı deyilən yeniyetmə çərşənbə axşamı Avstriyanın Qrats şəhərində yerləşən "BORG Dreierschützengasse" məktəbində 10 şagirdi güllələyərək qətlə yetirib. O, atəş açmazdan bir neçə dəqiqə əvvəl anasına vida videosu göndərib.
21 yaşlı silahlı şəxs hadisədən sonra həyatını sonlandırıb. İstintaqçılar onun evində apardıqları axtarış zamanı videomesaj aşkarlayıblar.
Polis araşdırmanın detalları barədə sosial şəbəkə X-də yalnız qısa məlumat paylaşıb, əlavə şərh verməyib.
Avstriya Daxili İşlər Nazirliyinin ictimai təhlükəsizlik üzrə direktoru Frans Ruf ORF dövlət televiziyasına açıqlamasında bildirib ki, şübhəlinin yazdığı vida məktubu da tapılıb:
"Valideynlərinə vida edir. Amma məktubdan motiv çıxarmaq mümkün deyil, bu, hələ araşdırılmalıdır," - deyə Ruf qeyd edib.
Avstriyanın "Heute" xəbər saytının yazdığına görə videonun məzmunundan narahat olan ana dərhal polisə məlumat verib.
Lakin onun faciəni dayandırmaq cəhdi gecikib - video mesajı aldıqdan 24 dəqiqə sonra açıb və həmin vaxt oğlu artıq iki sinif otağına hücum etmişdi.
Hücumun qurbanlarının təsadüfi seçilib-seçilmədiyi hələlik məlum deyil. Ruf bildirib ki, bu məsələ də araşdırılır və indidən hər hansı ehtimal irəli sürmək istəmir.
Onun sözlərinə görə, yaralılar məktəbin müxtəlif mərtəbələrində və bir nəfər də binanın qarşısında tapılıb. Qurbanlardan biri15 yaşlı kosovalı qız Lea olub. Onun fotosu ilk dəfə yayılıb.
Leanın bibisi "Facebook"da paylaşım edərək yazıb: "Bu gün bacım qızı Lea Qratsdakı hücum zamanı faciəli şəkildə həyatını itirdi. Onun üçün rəhmət diləyirik və bu ağır günlərdə acımızı paylaşan hər kəsə təşəkkür edirik."
Qeyd edək ki, "Artur A." kimi tanınan gənc əvvəllər oxuduğu sinifə daxil olaraq qanuni yolla sahib olduğu ov tüfəngi və tapança ilə atəş açmağa başlayıb. Hadisə zamanı ondan çox insan yaralanıb.
Avstriyada indiyədək baş vermiş ən ağır məktəb qətliamında şagirdlər dəhlizlərdə və sinif otaqlarında qorxudan gizlənərək özlərini ölü kimi göstəriblər və ya qaçaraq canlarını qurtarmağa çalışıblar. Hadisə zamanı çəkilən dəhşətli videoda əvvəlcə güllə səsləri, sonra isə qışqırıqlar eşidilir. Qətlə yetirilənlər arasında müəllimlərin də olduğu deyilir.
Bəxtiyar Umarlı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqladı
-
Paşinyan: “Avropada sığınacaq almaq üçün gey olduqlarını deyirlər"
XƏBƏR LENTİ
-
Xeyli çəki atan azərbaycanlı məşhurların son görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)





