Dünya

Bu şəhərdə sakinlərə pulsuz mənzil verilir

9 İyun 2025 11:44
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əhalisini artırmağa çalışan Almaniyanın Ayzenhüttenştadt şəhəri yeni sakinlərə iki həftəlik pulsuz sınaq müddəti təklif edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Berlindən təxminən 95 km aralıda yerləşən şəhər bələdiyyəsi iyulun əvvəlinə qədər pulsuz mənzil proqramı üçün müraciətləri qəbul edir.

Layihə hazırda təxminən 24.000 əhalisi olan Ayzenhüttenştadt şəhərinə köçməkdə maraqlı olan ixtisaslı işçilər və ya sərbəst işləyən insanlar üçün nəzərdə tutulub.

Seçilmiş iştirakçılar sentyabrın 6-dan 20-dək mebelli mənzillərdə pulsuz yaşayacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.