Dünya

ABŞ-nin Yaponiyadakı aviabazasında PARTLAYIŞ

9 İyun 2025 09:50
Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar ertəsi ABŞ-nin Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən "Kadena" aviabazasında partlayış baş verib.

Milli.Az xəbər verir ki, insident Yaponiyanın özünümüdafiə qüvvələrinin idarə etdiyi obyektdə qeydə alınıb.

Yerli hakimiyyət orqanları hadisənin partlamamış hərbi sursatların müvəqqəti saxlandığı yerdə baş verə biləcəyini istisna etmir.

NHK mümkün zərərçəkənlər barədə məlumat verib, lakin onların dəqiq sayı və xəsarətlərinin ciddiliyi hələ dəqiqləşdirilməyib.

"Kyodo" agentliyi isə Yaponiyanın Müdafiə Nazirliyinə istinadən partlayış zamanı ölkənin Milli Özünümüdafiə Qüvvələrinin 4 hərbçisinin xəsarət aldığını xəbər verib. Qeyd edilir ki, onların xəsarətləri yüngüldür.

Hadisənin səbəbi də dəqiq məlum deyil. /Report.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.