Dünya

İnsan orqanları satan cərrahlar tutuldu

5 İyun 2025 00:12
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda qeyri-qanuni insan orqanı alveri ilə bağlı səs-küylü işdə iki əsas şübhəli həbs edilib.

Milli.Az xarici mediaya istinadla bildirir ki, mayın 26-da Telangana polisi Şankaran və N. Ramyanı Çennay şəhərində özəl xəstəxanada qeyri-qanuni böyrək transplantasiyası apardıqları üçün həbs edib. Müstəntiqlərin fikrincə, cinayətkarlar Tamil Nadu ştatının sakinlərini aldadaraq, yüksək maaşlı iş bəhanəsi ilə oraya aparıblar, sonra isə orqanlarını bağışlamağa məcbur ediblər.

Hər bir qeyri-qanuni transplantasiya yeraltı cərrahlara bir milyon rupiyə (təxminən 19 min 379 manat) qədər gəlir gətirib ki, bunun da yalnız 40-50 faizi donorlara gedib.

Bu cinayət işi üzrə orqan alveri ilə məşğul olan 15 təqsirləndirilən şəxs artıq həbs edilib, 7 şübhəli hələ də axtarışdadır.

Cinayət Axtarış Departamentinin (CID) baş direktoru Şixa Qoel tərəfindən şəxsən nəzarət edilən istintaq Alakananda Ümumi Xəstəxanasının damı altında fəaliyyət göstərən qeyri-qanuni transplantasiya cərrahlarının geniş şəbəkəsini üzə çıxarıb.

Xəstəxanada şübhəli fəaliyyətlə bağlı ilk məlumat yanvarın 21-də alınıb, lakin CID istintaqa yalnız aprelin 24-də qoşulub. /lent.az

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.